Azərbaycanın Ermənistana qaytardığı hərbçilər istintaqa cəlb olunub
08.02.2022 269 0
Azərbaycanın humanizm prinsipini rəhbər tutaraq fevralın 8-də Ermənistana qaytardığı 8 hərbçi barədə İrəvanda istintaq araşdırması başlayıb.
Qazeta.info “Report”-a istinadla xəbər verir ki, hərbçilərin dindirilməsi 7-8 saat çəkib. Onların valideynləri buna etiraz ediblər və İstintaq Komitəsinin pəncərələrini sındırmağa çalışaraq binaya ziyan vurublar.
Bildirilib ki, İrəvana qayıdan 8 hərbçidən 6-sı artıq sərbəst buraxılıb. Digər iki nəfərin işi isə hərbi polisə tapşırılıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər