Azərbaycanın Avropa ŞurasıParlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilən bütün deputatların adları müəyyənləşib.
Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, heyətdən çıxarılan 3 nəfərin yerinə təyin olunan digər parlamentarlar Ülviyyə Ağayeva və Asim Mollazadədir.
Xatırladaq ki, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılıb. Boşalan 3 yerdən birinə daha əvvəl Elşad Həsənovun təyin edildiyi məlum olmuşdu. Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:
Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.