İŞİD terror təşkilatına maliyyə vəsaitləri göndərən ölkələr arasında Azərbaycanın adının olduğu da ortaya çıxıb.
Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal xidmətinə (Rosfinmonitorinq) istinadla verilən məlumata görə, Azərbaycan İŞİD-əyardım edən Müstəqil Dövlətlər Birliyi (MDB) sırasında ikinci yerdədir.
Azərbaycan Mərkəzi Bankı yanında maliyyə monitorinqi xidməti isə bu haqda hələ ki heç bir açıqlama vermək istəmir.
MDB dövlətləri içərisində İŞİD və digər terror təşkilatlarına maliyyə vəsaiti göndərən ölkələr arasında birinci yerdə Qazaxıstan, üçüncü yerdə isə Türkmənistan dayanır.
Məlumata görə, pullar əsasən sosial şəbəkələr və elektron vasitələrlə göndərilir. Bu səbəbdən bəzi vətəndaşların göndərdiyi pulları xüsusi xidmət orqanları nəzarətdə saxlaya bilmir.
Terrorçulara pul göndərən dövlətlər arasında Rusiya da var. Araşdırmalar nəticəsində ötən il Bolqar Salmanı ləqəbli rusiyalının Suriyada terror təşkilatına döyüşçü cəlb edilməsi barədə məlumatlar ortaya çıxıb.
İŞİD silahlıları
Məlumata görə, bəzi Rusiya vətəndaşları hətta terrorçulara pul göndərmək üçün kreditlər götürür və öz əmlaklarını satırlar. Bundan başqa terrorçulara yardım məqsədi ilə internetdə satışlar həyata keçirirlər. Əldə olunan vəsait isə terrorçuların hesablarına köçürülür.
2013-2014 illərdə 3,5 min rusiyalı terror qruplaşmalarına maliyyə vəsaitləri göndəriblər. Rusiya xüsusi xidmət orqanlarının məlumatına görə, bu il rusiya vətəndaşları 300 milyon rubl (4 milyon 860 min) məbləğdə İŞİD terror qruplaşmasının hesablarına pul köçürüblər. Rusiya vətəndaşları ölkənin 80 regionundan köçürmələr həyata keçiriblər.
Məlumatda bildirilir ki, terrorçular hücumlar həyata keçirmək üçün 40 ölkədən pulu alırlar. İŞİD terrorçularının əsas sponsorları sırasında — ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və başqa ölkələrin adları var.
İŞİD-in ən böyük maliyyə mənblərindən biri Suriya və İraq ərazilərində yerləşən neft və qaz yataqlarıdır
Suriya və İraqda terrorçuların nəzarət etdiyi ərazilər
Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının son iclasında post-sovet ölkələrindən 5-7 min vətəndaşın İŞİD-in və digər terror təşkilatlarının tərkibində döyüşürlər. Təkcə Suriyada “Əl-Nusra” terror qruplaşmasının sıralarına Çeçenistan, Özbəkistan və Tacikistandan təxminən 1500 nəfər döyüşçü qoşulub.
Vladimir Putin "Böyük iyirmilik"(G-20) ölkələrinin sammitində çıxışı zamanı G20 dövlətləri arasında terrorçuluğa dəstək olan ölkələrin olduğunu açıq şəkildə bəyan edib:
“Həmkarlarıma qeyri-leqal neft ticarətinin nə qədər geniş bir əraziyə yayıldığını göstərən, kosmosdan və təyyarədənə çəkilmiş fotoları təqdim etdim. İŞİD 40 ölkədən maliyyələşir. Bu ölkələrin arasında "Böyük iyirmiliyin" üzvü olan ölkələr də var”./anspress/