Azərbaycanın adı ilə qaçaqmalçılıq edən türklər tutuldu
20.01.2016 934 0.0 0

Türkiyənin hüquq mühafizə orqanları qaçaqmalçılıqla məşğul olan 2 qrupu saxlayıblar. 

Məlumata görə, əməliyyat zamanı ümumi dəyəri 10 milyon lirə (5 283 000 manat - red.) olan sürət çıxarma aparatı və avtomobil hissələri ələ keçirilib.

Qaçaqmalçılarİtaliya və Bolqarıstandan gətirdikləri yükləri Azərbaycana və Türkmənistana aparmaq üçün qeydiyyatdan keçiriblər. Amma onların əsil məqsədi polisin keçirdiyi əməliyyatdan sonra məlum olub. Hər iki qrup digər ölkələrə aparılması nəzərdə tutulan yükləri Türkiyə ərazisində boşaldıblar.

Daha sonra avadanlıqlar İstanbulda digər TIR-lara yüklənərək Türkiyə ərazisində bazara çıxarılması üçün Tuzla qəsəbəsinə aparılıb. 


İçi boş TIR –lar isə şübhə yaratmamaq üçün Azərbaycana yola düşüblər. Amma polislər 5 nəfər TIR sürücüsünü şübhəli şəxs qismində saxlayıblar. 

 


Polisin ələ keçirdiyi çap avadanlıqları


İstanbul Qaçaqmalçılıq Cinayətləri Mübarizə şöbəsi tərəfindən keçirilən digər əməliyyatda isə Bolqarıstandan qanunsuz yollarla yük keçirən qaçaqmalçılar saxlanılıb. Əməliyyat zamanı 2 TIR -da 24 ton avtomobil parçaları ələ keçirilib. Həmin yüklərində Bolqarıstandan Türkmənistana göndəriliməsi üçün eyni üsuldan istifadə etdikləri aşkar olunub. Əməliyyatda 1 –i bolqar olmaqla, 7 nəfər saxlanılıb. 

Saxlanılanların bu yolla vergidən yayınmaq niyyətində olduqları ortaya çıxıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar