«Azərbaycandan Suriya düzəltmək istəyirlər» -Video
29.04.2015 629 0.0 0

"Gördüyümüz odur ki, sanki Azərbaycandan Liviya, Suriya kimi ölkə düzəltmək istəyirlər. Amma bu mümkün olmayacaq". Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. 

Novruz Məmmədov Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı olan münasibətdən söhbət açıb. O qeyd edib ki, Azərbaycanda Avropa Oyunlarının keçirilməsi elə Avropaya dəstəkdir.

"Bizim Avropaya, Qərbə və onun səmimiliyinə olan inamımız tükənir. Məndə olan məlumat odur ki Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Azərbaycana qarşı atılan addımlar qərəzli addımlardır və edilən münasibətlər də qərəzlidir. Biz bunun bilirik, görürük və müşahidə edirik”. 

Novruz Məmmədov onu da bildirib ki, Azərbaycan 24 illik müstəqilliyi dövründə qərblə çox uğurlu əməkdaşlıq edərək, yalnız bir şey istəyib. “Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində bizə kömək etsinlər”. Amma hələ də bu köməklik edilmir"./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar