Azərbaycandan BQXK-yə şağırış
05.05.2016 601 0.0 0
Cenevrə şəhərində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurerlə görüşü keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və BQXK arasındakı mövcud münasibətlərin vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

X. Xələfov 2 aprel 2016-cı il tarixindən etibarən Ermənistanın təmas xətti boyunca yerləşən ərazilərdə sıx məskunlaşan azərbaycanlı mülki əhalini hədəf alaraq ağır silahlardan davamlı atəşə tutduğunu qeyd edib. O, Ermənistan silahlı qüvvələrinin ağır artilleriya hücumları nəticəsində xeyli sayda hərbi və mülki şəxslərin həlak olduğu və yaralandığını, ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulduğunu diqqətə çatdırıb.

Görüşdə təmas xəttində baş verən son hərbi toqquşmalar zamanı həlak olanların cəsədlərinin 10 aprel 2016-cı il tarixində tərəflərə təhvil verilməsində BQXK-nın vasitəçiliyi də qeyd olunub.

 

Nazir müavini, həmçinin 2014-cü ilin iyul ayında öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində BQXK-nın səylərinin artırılmasının zəruri olduğunu bildirib.

 

P. Maurer isə Azərbaycanla BQXK arasındakı mövcud əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. O, təmsil etdiyi təşkilatın Şahbaz Quliyev və Dilqəm Əsgərovun vəziyyəti ilə mütəmadi olaraq maraqlandığını və bu istiqamətdə BQXK-nın mandatına uyğun olaraq öz humanitar fəaliyyətlərini davam etdirəcəklərini bildirib. P.Maurer həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz siyasi həllini tapacağına ümid etdiyini vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar