Azərbaycandan ABŞ-a Qarabağ xəbərdarlığı
19.11.2015 522 0.0 0

Azərbaycan Dağlıq Qarabağda fəaliyyət göstərən ABŞ şirkətlərini fəaliyyətlərini dayandırmağa çağırıb. 

Məlumata görə, İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakıda keçən azərbaycan-amerika biznes-forumunda bildirib ki, Ermənistan işğal altında olan ərazilərə daima xarici şirkətləri cəlb etmək istəyir. 

"Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib və indi işğal edilmiş ərazilərdə investisiyaya xarici şirkətlərini cəlb edir. Ərazi bütövlüyümüzün bərpası bizim üçün çox əhəmiyyətlidir. Biz istəyərdik ki, ABŞ şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərdən qanunsuz investisiyalar qoymaqdan çəkinsin", -deyə Sahil Babayev bildirib.

 


Sahil Babayev - İqtisadiyyat və sənaye nazirinin müavini 


Bundan əvvəl İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşündə nazir Qarabağda fəaliyyət göstərən ABŞ şirkətlərinin siyahısı Sekutaya vermişdi.

Şahin Mustafayev bu şirkətlərin Qarabağda fəaliyyət göstərməsinin yolverilməz olduğunu vurğulayıb, ABŞ hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib.

Mətbuatda dəfələrlə ABŞ başda olmaqla Çexiya, Kanada, Fransa, Livan, Rusiya və İngiltərə şirkətlərinin Qarabağda fəaliyyət göstərmələri barədə məlumatlar yayılıb. Ermənistan hökuməti 1999-cu ildən etibarən bir çox xarici ölkə şirkətlərini Qarabağa investisiya yatırmağa sövq edə bilib. Məlumata görə, Ermənistan da daxil olmaqla Qarabağda rəsmi şəkildə fəaliyyət göstərən 24 şirkət hər il özlərinin Qarabağdakı istehsal müəsisələrinə 35,096,500$ investisiya yatılıb.

Bu qeyri-qanuni fəaliyyət nəticəsində xarici şirkətlər tərəfindən hər il Qarabağa 37 841 800$ investisya qoyulur, bu isə işğal altında olan bölgədə 1725 daimi iş yerinin yaranmasına səbəb olur.

 

Dağlıq Qarabağ


Ermənilər isə əldə olunan pullarla Dağlıq Qarabağda və digər ətraf ərazilərdə yerləşən Azərbaycana məxsus tarixi abidələri erməniləşdirirlər. 

İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının məlumatına görə, işğal altındakı ərazilərdə 175 alban dövrü abidəsinə kilsə statusu verən Ermənistan Dağlıq Qarabağda və ətraf 7 rayonların ərazilərində kilsələrin sayını 190-a çatdırıblar. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar