Azərbaycanda zavodda partlayış olub- ölən və yaralanan var
04.01.2016 1509 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla bildirir ki, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, 04.01.2016-cı il təxminən, saat 10:30 radələrində Balakən şəhərində “Azəryem Sənaye MMC”-ə məxsus zavodun ərazisində qazanxanada  partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə nəticəsində yanğın baş verməmişdir. Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar