Azərbaycanda zəlzələ oldu
30.03.2015 680 0.0 0

Azərbaycanda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:59-da qeydə alınıb.

Təkanlar Pirquludan 13 km şimalda Şamaxı ərazisində baş verib. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Maqnitudası 4,1 bal gücündə olan zəlzələ 7 km dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, ötən gün də zəlzələ baş verib. Yerli vaxtla saat 23:45:00-də Xəzər dənizində 3,4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar