Azərbaycanda zəlzələ baş verib
05.04.2017 942 0.0 0

Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib. Məlumata görə,  zəlzələ yerli vaxtla 03:16-da qeydə alınıb.
 
Yeraltı təkanlar bölgənin Lənkəran və Masallı rayonlarında daha çox hiss olunub.
 
Zəlzələ Lənkəranın Separadi, Cil, Vilvan və Zövlə, Masallının Boradigah, Böyük Xocəvər, Qızılavar və Bədəlan kəndləri ərazisində, təxminən 3-4 bal gücündə hiss olunub.
 
Adıçəkilən ərazilərdə dağıntının olmadığı bildirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar