Azərbaycanda zəlzələ baş verdi- Binalarda çatlar yarandı
07.09.2016 800 0.0 0

Balakən rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəziindən "Report"a verilən məlumata görə, yerli vaxtla saat 20:57:44-də Zaqataladan 19 km şimal-qərbdə Balakən ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Balakən ərazisində 4 bal, Zaqatala ərazisində isə 4 bala yaxın, episentrə yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Məlumata görə, yeraltı təkanlar rayonun Qabaqçöl qəsəbəsində, saat 21:10 radələrində iki dəfə qeydə alınıb.
Yerli mütəxəssislərin fikrincə, zəlzələ 4 bal gücündə olub. Tələfat olmasa da, yaşayış və inzibati binalarda çatlar əmələ gəlib.
Ətraflı məlumat veriləcək. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar