Azərbaycanda zəlzələ baş verdi
25.03.2015 719 0
Gəncədə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkan saat 13:49-da Gəncə ərazisində 14 km dərinlikdə qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala kimi hiss olunub.
Yeraltı təkanın maqnitudası 3.7 olub.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan ərazisində zəlzələ dünən Qəbələdə qeydə alınmışdı. Oradakı titrəyiş hiss olunmayıb./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər