İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) ümumrespublika radio yayımı üçün, “CBC Sport” MMC-nin ümumrespublika idman televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.
Qazeta.info Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası
nın məlumatına əsasən bildirir ki, MTRŞ tərəfindən “Televiziya və radio
yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli
345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq
dövlət yayımçısı kimi Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100
MHs tezliyində ümumrespublika radio yayımı üçün, “CBC Sport” MMC-
yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı
üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi
barədə qərar qəbul edilmişdir. Eyni zamanda iclasda yayım tezliklərindən
səmərəli istifadə edilməsi ilə bağlı məsələ müzakirə edilmiş, dövlət
yayımçılarının və özəl yayımçılarının müvafiq olaraq 37, 48 MHs yayım
tezliklərində yerləşdirilməsi barədə qərar qəbul edilmişdir.