Azərbaycanda yeni qurum yaradılır
22.12.2016 943 0.0 0

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə fərman imzalayıb. 
"Report" xəbər verir ki, sənədə əsasən, Komissiyanın sədri baş nazirin müvafiq sahəyə cavabdeh olan müavini, komissiyanın üzvləri isə daxili işlər, fövqəladə hallar, xarici işlər, müdafiə, nəqliyyat, rabitə və yüksək texnologiyalar, səhiyyə nazirləri, Dövlət Gömrük Komitəsinin sədri, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti olacaq. 
Komissiyanın Əsasnaməsində qeyd olunub ki, mülki aviasiyanın hava gəmilərinin zəbt edilməsi və qaçırılması cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətə operativ rəhbərliyi həyata keçirmək üçün “Təbil planı”na əsasən Komissiya yanında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin sədrliyi və daxili işlər, müdafiə, nəqliyyat, səhiyyə, Dövlət Gömrük Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin müavinlərinin və Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun iştirakı ilə İdarələrarası Əməliyyat Qərargahı (bundan sonra - Qərargah) yaradılır.
Qərargahın tam tərkibini və onun əsasnaməsini Komissiya təsdiq edir. Qərargahın katibi Dövlət Təhlükəsizliyi Xidmətinin mülki aviasiyanın fəaliyyətinin əməliyyat təminatını həyata keçirən müvafiq struktur bölməsinin rəisidir.
Nazirlər Kabinetinə bu sərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar