Azərbaycanda yeni layihəyə start verilir
20.10.2015 631 0
"Təbiət Dostları" Gənclər Təşkilatı və "BioHerbal - Bakı" şirkəti yeni layihəyə start verib.
“BioHerbal - Bakı" şirkətindən Qazeta.info-ya daxil olan məlumata görə, layihənin əsas məqsədi Bakıətrafı ərazilərdə yeni meşə ərazilərinin yaradılması və ağac əkilməsini təşviq etməkdir.
Layihə çərçivəsində 10.000-ə qədər müxtəlif ağac və kol növləri əkilərək yerli icra və bələdiyyə orqanlarına təhvil veriləcək.
Növbəti illərdə isə həmin ərazilərə davamlı səfərlər edərək ağacların böyüyüb inkişaf etməsi üçün işlərin aparılması planlaşdırılır.
Hal-hazırda layihə çərçivəsində tədqiqat və ərazinin seçilməsi işləri aparılmaqdadır. Yaxın zamanlarda rəsmi olaraq seçilmiş ərazi haqqında və layihədə iştirak etmək istəyənlər üçün əlavə məlumat veriləcək.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər