Azərbaycanda yeni doğulan üçəmlərdən ikisi ölüb
21.06.2016 817 0.0 0

Salyanda doğulan üçəmlərdən ikisi ölüb. Məlumata görə,  Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı  ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində üçəm dünyaya gətirib.
Doğuş normal həyata keçsə də, bir müddət sonra uşaqlardan ikisi ölüb.
Valideynləri doğuşdan sonra kuvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər.

Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov isə bildirib ki,  uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, uşaqlar hamiləliyin 31-ci həftəsində, yəni vaxtından əvvəl dünyaya gəlib. Ölən körpələrin çəkisi 1,1 və 1,305 kiloqram olub. Körpələrin doğuşdan 30 dəqiqə sonra öldüyü bildirilib. Sağ qalan körpənin çəkisi isə 1,250 kiloqramdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar