Son beş ildə Azərbaycanda doğulan qız uşaqlarına müxtəlif güllərin adının verilməsi geniş yayılıb.
Ədliyyə Nazirliyindən "Report"a bildirilib ki, qız uşaqlarına verilən adlar arasında Nərgiz, Lalə çoxluq təşkil edir.
2016-cı il ərzində 445 körpəyə Nərgiz adı verilib. Ümumilikdə isə son beş ildə 2591 körpəyə Nərgiz adı qoyulub.
Son beş ildə valideynlər 1782 körpəyə Lalə (ötən il 270), 300-nə (2016-cı ildə 44) Yasəmən adı veriblər.
Eyni zamanda, son beş ildə doğulan 425 qız uşağına Çiçək, 212-nə Banuçiçək, 185-nə Bənövşə, 86-na Gülbahar, 75-nə Qızılgül, 46-na Qərənfil adı qoyulub.
Bundan başqa qızlara verilən adlar arasında Laləzər, Laləzar, Laləxanım, Lalənur, Laləxatun, Laləgül, Lalə Coya, Nərgizxatun, Nərgizbanu, Nərgizzəhra, Nərgizxanım, Nərgizə, Bənövşəxanım, Gülşahnaz, Gülşah kimi adlar da geniş yayılıb.