Azərbaycanda yaxın perspektivdə 3 istilik elektrik stansiyası inşa ediləcək
19.10.2017 769 0.0 0

"Ən yaxın perspektivdə - “Şimal” elektrik stansiyasında gücü 409 MVt olan ikinci enerji blokunun, Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisi həyata keçirilməklə yanaşı, yaxın perspektivdə 980 MVt gücündə “Yaşma”, 385 MVt gücündə “Səngəçal-2” istilik elektrik stansiyalarının inşası nəzərdə tutulur".

Məlumata görə, bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

"Ötürücü infrastrukturun rəqəmsal texnologiyalar əsasında yenidən qurulması işləri gələn ildən daha da intensivləşdiriləcək. “Azərenerji” ASC tərəfindən artıq tətbiqinə başlanılmış bu innovativ texnologiya ənənəvi texnologiyalardan yüksək dərəcədə avtomatlaşdırma səviyyəsi, bütün proseslərin rəqəmsal şəkildə aparılması ilə fərqlənir", - deyə məqalədə qeyd olunub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar