Azərbaycanda yaşayış sahəsinin hesablanması qaydası dəyişib
05.01.2017 683 0.0 0

Azərbaycanda yaşayış binaları və evlərə dair tələblər və yaşayış evlərinin ümumi sahəsinin hesablanması qaydası dəyişib.

 

Məlumata görə, bu, Dövlət Statistika Komitəsinin “Obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyalar haqqında” 2-investisiya №-li illik və ona əlavə “İstifadəyə verilmiş əsas fondların, yaşayış evlərinin, sosial-mədəni tikililərin və əsas kapitala yönəldilmiş vəsaitlərin regionlar üzrə bölgüsü” illik rəsmi statistika hesabatı formalarının doldurulmasına dair Göstəriş”də dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.  

 

Qərar 28 dekabr 2016-cı il tarixdən qüvvəyə minib. İndiyə qədər yaşayış binaları (evləri) yaşayış otaqlarından, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı otaqlardan (sahələrdən) ibarət fərdi müəyyən edilmiş evlər və ya tikililər sayılıb. Binanın yaşayış məqsədləri üçün inşa edilmiş həcminin 50 faizindən çoxu yaşayış üçün əlverişli olmalı idi. Dəyişikliyə əsasən isə bundan sonra yaşayış binaları (evləri) daimi və ya müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş, həmçinin belə məqsədlər üçün uyğunlaşdırılmış binalar sayılacaq. Eyni zamanda binanın ümumi sahəsinin 50 faizindən çoxu deyil, 50 faizindən az olmayan hissəsi yaşayış üçün əlverişli olmalıdır.

 

İndiyə qədər yaşayış evlərinin ümumi sahəsi mənzillərin yaşayış və yardımçı otaqlarının (mətbəxin, qabaq dəhlizin, mənzil daxili dəhlizlərin, vanna və duşxana otaqlarının, tualetin, anbar və ya quraşdırılmış təsərrüfat şkaflarının, həmçinin qızdırılan və yaşayış üçün yararlı olan mansardların, yarımmərtəbələrin, eyvanların, şüşəbəndlərin) ümumi sahəsi sayılıb. Yaşayış evlərinin ümumi sahəsinə pilləkən qəfəslərinin, lift salonlarının, tamburların, ümumi dəhlizlərin, eyvanların, lociyaların, meydançaların, qızdırılmayan mansardların və yarımmərtəbələrin, həmçinin mənzil-istismar təşkilatları, mağazalar, rabitə şöbələri, uşaq müəssisələri, məişət xidməti və digərləri tərəfindən tutulmuş qeyri-yaşayış yerlərinin sahəsi daxil edilməyib. Dəyişikliyə əsasən bundan sonra isə yaşayış binalarında mənzillərin (yaşayış evlərinin) ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanacaq.

 

Yaşayış evlərinin ümumi sahəsinə pilləkən qəfəslərinin, lift salonlarının, tamburların, ümumi dəhlizlərin, eyvanların, lociyaların, meydançaların, qızdırılmayan mansardların və yarımmərtəbələrin, həmçinin mənzil-istismar təşkilatları, mağazalar, rabitə şöbələri, uşaq müəssisələri, məişət xidməti və digərləri tərəfindən tutulmuş qeyri-yaşayış yerlərinin sahəsinin daxil edilməməsi barədə tələb isə ləğv edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar