Azərbaycanda «WhatsApp»-ın fəaliyyəti məhdudlaşdırılacaq?
07.04.2015 708 0.0 0

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "WhatsApp", "Skype" və digər internet mesajlaşma şəbəkələrinin fəaliyyətini məhdudlaşdırmaq niyyətində deyil.

Məlumata əsasən, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bu gün Bakıda "Azerfon" şirkətinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında WhatsApp-ın səs xidmətlərinin tətbiq edilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, tətbiq edilən xidmət mobil operatorların gəlirlərinin azalmasına təsir etsə belə, WhatsApp-ın bağlanması vəziyyətdən çıxış yolu deyil: "Azərbaycan internetin azad olduğu və hər kəsin lisenziya almağa ehtiyac olmadan şəbəkəyə qoşulma xidmətlərini göstərə bildiyi azsaylı ölkələrdən biridir".

İ.Məmmədov qeyd edib ki, hazırda ölkədə 40-dan artıq internet servis provayderi fəaliyyət göstərir: "Bu baxımdan məhdudlaşdırıcı tədbirlər həll yolu deyil, əksinə, onların texnoloji inkişafı hamının rifahına xidmət edə bilər. Həmin xidmətin məhdudlaşdırılması gündəmdə deyil"./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar