Azərbaycanda vulkan püskürüb
01.03.2018 891 0.0 0

01 mart 2018-ci il tarixində səhər saatlarında Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib.

Qazeta.info ETSN-ə istinadla bildirir ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

 Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

 Bildiririk ki, Torağay palçıq vulkanı ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Bu günədək vulkan 10 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1988-ci ildə qeydə alınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar