Azərbaycanda vergidən yayınan biznesmen beynəlxalq axtarışa verilib-FOTO
17.12.2015 485 0.0 0

Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan daha bir biznesmeni axtarışa verib.
 
Məlumata görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 57 yaşlı Nəsib Həsənov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
 
APA-nın əldə etdiyi məlumata görə, N. Həsənov bizneslə məşğul olurmuş.
 
Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda iş adamı İnterpol xətti ilə axtarışa verilib./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar