Azərbaycanda valyuta dəyişmək daha asan oldu - Yeni terminallar quraşdırıldı
01.08.2017 631 0.0 0

Bakıda yeni "e-GovPay" ödəmə terminalları quraşdırılıb. Bu barədə etibarlı mənbədən məlumat verilib.

Bu ödəmə terminallarında maraqlı cəhət avtomatik şəkildə valyuta dəyişmə funksiyasının mövcud olmasıdır. Mənbənin sözlərinə görə, bu cür terminallar hazırda paytaxtın Yasamal, Xəzər və Binəqədi rayonlarında "Azərpoçt"un yaratdığı "Şəbəkə"nin nəzdində fəaliyyət göstərir.

 

 

 

Mənbə bildirib ki, "e-GovPay" terminalları vasitəsilə həmçinin kommunal xidmətləri, internet ödənişləri və s. həyata keçirmək mümkündür./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar