Azərbaycanda vəzifəli şəxsin oğlu özünü asdı
22.01.2016 763 0.0 0

Ağdaşda intihar hadisəsi baş verib. Vəzifəli şəxsin oğlu özünü asıb.

Ağdaş Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Qolqəti kənd sakini, 1986-cı il təvəllüdlü Taleh Nizami oğlu Allahverdiyev yaşadığı evin həyətindəki çardaqda özünü kəndirlə asıb. Asılı meyiti səhər saatlarında onun valideynləri aşkar ediblər. Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb edilib, araşdırmalar davam etdirilir.

Prokurorluqdan bildirdilər ki, ilkin ehtimala əsasən, 30 yaşlı kişinin intihar etməsinə səbəb onun uzun müddət işsiz qalması ilə bağlıdır. Yaxınlarının sözlərinə görə, Taleh uzun müddətdir ki, işsizlikdən şikayətlənirmiş.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Dünyasını dəyişən Taleh Allahverdiyev 2 uşaq atası olub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.

Ölkədə sonuncu intihar hadisəsi dünən Sumqayıtda qeydə alınıb. Şəhərin 5-ci mikrorayon ərazisindəki yataqxanalardan birində qeydiyyatda olan 1950-ci il təvəllüdlü Nəzakət Alı qızı Paşayeva özünü yaşadığı evin mətbəxində asıb. Asılmış meyit ailə üzvləri tərəfindən aşkarlanıb və hüquq-mühafizə orqanı əməkdaşlarına məlumat verilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoya Birliyinin Sumqayıt şəhər şöbəsində müayinə edildikdən sonra mərhumun ailəsinə təhvil verilib.

66 yaşlı Nəzakət Paşayevanın özünü hansı səbəbdən asması hələlik bilinmir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar