Azərbaycanda vəzifəli şəxs kabinetində keçindi
10.08.2015 2069 0
Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçisi iş otağında ölüb.
Məlumata görə, bu barədə Trend-ə etibarlı mənbədən xəbər daxil olub.
Belə ki, bu gün günorta saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin 63 yaşlı məsul işçisi Məmmədov Tariyel Nadir oğlu iş otağında qəflətən dünyasını dəyişib.
Onun iş başında olarkən özünü qəflətən pis hiss etdiyi bildirilib. Gəncə Şəhər Təcili Tibbi Yardım briqadası hadisə yerinə gələn zaman onun dünyasını dəyişdiyini görüblər.
Ehtimal olunur ki, mərhum infarktdan dünyasını dəyişib./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər