Azərbaycan və Rusiya arasında əczaçılıq əlaqələrinin genişləndirilməsi hər iki ölkənin qanunverici və icraedici hakimiyyətləri səviyyələrində fəal müzakirə olunur. Məlumata görə, bunu Rusiyanın sənaye və ticarət nazirinin müavini Sergey Tsıb XXI Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi çərçivəsində təşkil edilmiş “Rusiya-Azərbaycan: əczaçılıq və tibb sənayesi bu gün və sabah” forumunda deyib.
Onun sözlərinə görə, əczaçılıq sahəsində əlaqələrin inkişafında birinci aspekt Rusiya dərman preparatlarının Azərbaycana ixracının artırılmasıdır: "Rusiya Azərbaycanda dərman idxalında ikinci yerdədir. Biz Azərbaycanın dərman bazarının təqribən 15 faizini tuturuq".
S.Tsıb qeyd edib ki, iki ölkə birgə müəssisələrin, daha doğrusu Azərbaycanda Rusiya dərmanlarının istehsalı üzrə müəssisələrin yaradılmasını qarşıya məqsəd qoyub: "Azərbaycanın dərman preparatlarından idxalının asılılığını nəzərə alsaq, bu sahədə uğurlu layihələr ola bilər"./trend/