Azərbaycanda uşaqlara dinlə bağlı qoyulan adlar artır
05.11.2015 707 0.0 0

“Azərbaycanda uşaqlara dinlə bağlı adların qoyulması halları artır”.
 
Bunu  Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. O bildirib ki, son zamanlarda Azərbaycanda oğlan uşaqlarına daha çox Əli, Həsən, Hüseyn, qız uşaqlarına isə Fatimə, Zeynəb adları verilir: “Hətta bir vətəndaş bizə müraciət etmişdi ki, qızının adını Seyid Zeynəb qoymaq istəyir. Deyirdi ki, dindar adamdır, istəyir, uşağının adı Seyid Zeynəb olsun. Nəhayət uşağın adı Zeynəb şəklində qaldı”.
 
S. Sadıqova qeyd edib ki, uşaqlara verilən tarixi, müasir adların içərisində dinlə bağlı adların xüsusi çəkisi var: “Dinlə bağlı adlar artıq bizim dilimizdə oturuşub. Bu gün dinlə bağlı adlar uşaqlara həddindən çox qoyulur. 1000 nəfər oğlan uşağından 500-ə Əli adı verilir”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar