Azərbaycanda ünvanlı sosial yardımla bağlı yeni model hazırlanır
28.01.2016 602 0
Azərbaycanda ünvanlı sosial yardımla bağlı yeni model hazırlanır.
Məlumata görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
O qeyd edib ki, yeni modellə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur: “Yeni modelə parlamentə bir daha baxılacaq və müvafiq qərar qəbul ediləcək”.
H.Rəcəbli bildirib ki, Azərbaycanda ünvanlı sosial yardım modeli seçilərkən təməl olaraq Polşa qanunvericiliyi götürülüb: “Burada da zaman-zaman qanunvericilikdə dəyişiklik etmişik. 10-a yaxın sənəd istənilirdisə, sənədlərin sayı azaldılıb, sənədlərin bir ildən bir baxılmasını iki ildən bir etdik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daim axtarışdadır və burada yeni islahatlar aparmaq istəyirlər”./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər