Azərbaycanda universitet dekanı qəzaya düşdü
16.05.2016 851 0.0 0

Bakı-Qazax magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Məlumata görə, Gəncə şəhər sakini 1936-cı il təvəllüdlü Zahid Hümmət oğlu Abbasov Bakıdan Gəncəyə gələrkən Kürdəmir rayonu ərazisində qəza törədib. Hadisə zamanı avtomobildə sürücü ilə birlikdə 3 nəfər olub. Digər iki nəfər qəzadan xəsarətsiz ötüşsə də 80 yaşlı Zahid Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkən əvvəlcə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Xəstəxanadan yaralının vəziyyətinin orta-ağır olduğunu bildirdilər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Zahid Abbasov fizika-riyaziyyat elmləri namizədi, Gəncə Dövlət Universitetinin həndəsə və cəbr kafedrasının dosentidir. O, universitetin müəllimi və riyaziyyat fakültəsinin dekanı işləyib.

 

Z.Abbasov

Ölkə ərazisində qeydə alınan sonuncu qəza Biləsuvarda baş verib. Ələt-Astara magistral yolunun 94-cü kilometrliyində, Biləsuvar rayonu ərazisində Cəlilabad rayon  sakini  Əlifağa İsayevin  idarə etdiyi “Qazel” markalı yük maşını həmyerlisi  Vüsal  İbrahimovun  idarə etdiyi “Mercedes” markalı avtomobilə, sonra Quba sakini  Həmzə Ağayevin idarə etdiyi “Siat” markalı maşına, daha sonra Biləsuvar rayon sakini Kamal Abdullayevin idarə etdiyi “Pejo” markalı minik avtomobilinə çırpılıb. 

Zəncirvari qəza nəticəsində”Pejo”nun sürücüsü hadisə yerində dünyasını dəyişib. “Qazel”in sürücüsü və onun oğlu, 28 yaşlı Elməddin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar