Azərbaycanda tütün və spirtli içkilərin aksizləri artacaq
07.11.2017 765 0
2018-ci ildən Azərbaycanda tütün və spirtli içki məhsullarının idxalına aksiz vergisi iki dəfə artırılacaq.
Məlumata görə, bunu 2018-ci il dövlət və icmal büdcənin müzakirələri çərçivəsində beş parlament komitəsinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bu qərar onunla əlaqədar qəbul olunub ki, manatın məzənnəsinin dollara nisbətdə ucuzlaşması ölkəyə idxal olunan spirtli içki və tütün məmulatlarının qiymətinin qalxmasına, eləcə də manat ifadəsində aksiz dərəcələrinin azalmasına səbəb olub:
“Aksiz vergilərinin artırılması daxili bazarı müdafiə etməyə imkan verəcək və əhalinin sağlam həyat tərzinin təmin olunmasına kömək edəcək”./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər