Azərbaycanda torpaqların icarə müddəti artırılıb
14.02.2017 612 0.0 0

Azərbaycanda torpaqların icarə müddəti 5 dəfə uzadılıb.
Məlumata görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Meşə Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən 1 ildən 49 ilədək uzadılır.
İndiyədək bu müddət 10 ilə qədər olub.
Qeyd olunub ki, qanuna edilən dəyişiklik meşə fondu torpaqlarından səmərəli istifadəyə imkan yaradacaq.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar