Azərbaycanda tanınmış vəkilə cinayət işi açıldı
05.12.2015 746 0.0 0

Vəkil Adəm Məmmədova qarşı cinayət işi açılıb. Bu barədə hüquq müdafiəçisi özü məlumat verib. 

Məlumata görə, vəkil bildirib ki, 29.06.2015-ci il tarixində Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin inzibati binasında Habil Vəliyevə və onun redaktoru olduğu “Gündəlik Bakı” qəzetinə qarşı onun müştərisi tərəfindən qaldırılan mülki iddia üzrə məhkəmə baxışı keçirilib: 

"Peşə fəaliyyətimi yerinə yetirərkən, birbaşa məhkəmə zalındaca heç bir əsas olmadan, Habil Vəliyev məni söyüb təhqir etməyə başladı. Təhqiramiz ifadələr işlətməyə davam etdi, o cümlədən, birbaşa olaraq mərhum atamı təhqir etdi. Mən bütün bunlara görə məhkəmədən xahiş etdim ki, baş verənlər protokola işlənsin və icra məmurlarının prosesdə iştirakı təmin edilsin. Üstündən 5 ay keçməsinə baxmayaraq indiyə qədər Habil Vəliyevə qarşı heç bir tədbir görülmədi".

 


Adəm Məmmədov - Vəkil

Vəkil həmçinin bildirir ki, bu yaxınlarda o, həbs olunmuş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun hüquqlarını müdafiə etmək üçün araşdırma aparan zaman MTN şəbəkəsinin hələ açılmamış xeyli cinayətlərini üzə çıxarıb. Vidadi Zeynalovun isə bunu istintaqa açıqlamasının həyatı bahasına başa gələ biləcəyini deyib. 

Bundan bir neçə gün sonra Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi Malik Səfərov ona zəng edərək bildirib ki, ona qarşı cinayət işi başlanır. Cinayət işi isə 5 ay əvvəl “Gündəlik Bakı” qəzetinin baş redaktorunu döyüb, söyüb, təhqir etmə ittihamı ilə başalayıb. 

Vəkil bütün bu baş verənlər fonundə Prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Milli təhlükəsizlik tazirinin birinci müavini Mədət Quliyevə, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova müraciət edib. 

"Sizdən xahiş edirəm ki, bu məsələyə təcili diqqət verəsiniz və riskli bir işdə vəkil olduğumu, və bu işlə əlaqədar bir sıra yüksək rütbəli şəxslər barədə məxfi məlumatlara malik olduğumu nəzərə alaraq, mənim təhlükəsizliyimi təmin edəsiniz". /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar