Azərbaycanda tanınmış jurnalistin həbs müddəti uzadıldı (FOTO)
04.09.2015 715 0.0 0

Nəsimi rayon məhkəməsi jurnalist Rauf Mirqədirovun həbsini iki ay müddətinə uzadıb.

Məlumata görə, həbs müddəti iki ay - noyabrın 16-na qədər uzadılıb. Bu barədə jurnalistin vəkili Elmar Süleymanov bildirib. Onun sözlərinə görə jurnalistin həbs müddətinin uzadılması barədə qərar prokurorluğun təqdimatı əsasında olub. Jurnalistin işini hakim Azər Paşayev aparır.

Vəkil Elmar Süleymanov bu uzadılmanın sonuncu uzatma olduğunu deyərək, bundan sonra qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Mirqədirov 2014-cü ilin aprelində Türkiyədən deportasiya olunduqdan dərhal sonra dövlətə xəyanət ittihamı ilə həbs edilib. O, bu ittihamları qətiyyətlə rədd edir. Həbsin əsl səbəbi Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbs edilmiş Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun layihələrində iştirakıdır.

 


Rauf Mirqədirov məhkəmədən çıxarkən

 

Rauf Mirqədirov bir neçə il Türkiyədə Bakı qəzeti "Zerkala"da müxbir vəzifəsində işləyib. Lakin gözlənilmədən Türkiyə hakimiyyəti onu işdən azad edib və ölkəni dərhal tərk etməyi deyib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar