Azərbaycanda tanınmış jurnalist 39 yaşında vəfat etdi
24.01.2018 823 0.0 0

Tanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib.

 

Qazeta.info APA-nın xəbərinə  əsasən bildirir ki, yaxınları bildirib ki, N. Məlikov dükana gedərkən qəfil özünü pis hiss edib və yerindəcə keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.   

 

Qeyd edək ki, N.Məlikov  jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.

  

N.Məlikov “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında müxbir kimi çalışıb.

 

“APA Holdinq”in kollektivi həmkarımız N.Məlikovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

 

Allah rəhmət eləsin!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar