Azərbaycanda tələbə qız kirayədə qaldığı evin sahibini öldürdü
25.11.2015 688 0
Sumqayıtda qətl törədilib.
Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb. Orada kirayədə yaşayan, 1994-cü il təvəllüdlü Şərqiyə Mehdi qızı Ramazanova ev sahibi, 1940-cı il təvəllüdlü Səmayə Nəcəfovanı bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən Ş. Ramazanova saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Məlumata görə, Ş. Ramazanova Sumqayıt Dövlət Universitetinin tələbəsidir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər