Azərbaycanda təbii fəlakətin görüntüləri (FOTO)
23.07.2015 642 0.0 0

Qəbələdə dünən axşam yağan leysan daşqına səbəb olub. 

Rayonun daha çox ziyan çəkmiş Qəmərvan kəndinin sakini Mehdi Mehdiyev  məlumata görə, güclü sel özü ilə daş parçalarını da gətirib. Kənddə bir neçə ev və maşın zərər görüb. Kəndlə yol və telefon əlaqəsi məhdudlaşıb.

 


Güclü selin gətirdiyi daş parçaları sakinləri evsiz qoydu


M.Mehdiyevin sözlərinə görə, sel onun yaşadığı evi uçurub: "Evimiz daşğının altında qalıb. Hər şeyimiz, evin sənədləri belə məhv olub. Sözün əsl mənasında təbii fəlakətin qurbanıyıq. Hələki Fövqəladə Hallar Nazirliyindən (FHN) savayı bizimlə maraqlanan yoxdu. Onlar da sadəcə şəkilləri çəkib gediblər. İndi gedirik sənədlərimizi düzəltdirməyə. Seldə məhv olmuş sənədlərimizi itirilmiş kimi qeydə alıblar. Pasport qeydiyyatı şöbəsi bərpa edəcəyini deyir. Dövlət rüsumu ödəməli olduğumuzu deyirlər. Axı biz hər şeyimizi itirmişik. Təbii fəlakət zamanı qanun çərçivəsində istisnalar olmalıdır axı"./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar