Azərbaycanda şirkət rəhbəri saxlanıldı
23.07.2015 889 0
"İnter Travel" şirkətinin direktoru E.Əliyevin bir qrup vətəndaşın etimadını qazanaraq onlardan külli məbləğdə pul alması müəyyən edilmişdir.
Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "İnter Travel" şirkətinin direktoru, Ağdam rayon sakini Elnur Əliyevin cari ilin fevral-iyul aylarında Bakı şəhər sakinləri Mirəhməd Dadaşovun, Nazim Mustafayevin, Xumar Balaoğlanovanın, Bəhruz Vəliyevin, Mina Adıgözəlovanın, İlqar Həsənovun, Gəncə şəhər sakini Maqsud Ələkbərovun və Qəbələ rayon sakini Emil Məmmədovun etimadlarını qazanıb, onlardan 25360 manat pul alması müəyyən edilmişdir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər