Qazeta.info Lent.az-ın xəbərinə əsasən bildirir ki, bir sıra siqaretlərin qiymətlərində 20-40 qəpik civarında artım müşahidə olunur.
Satış məntəqələrindən bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər. Ümumilikdə əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb.
Qiymət artımının qeydə alındığı siqaret markaları aşağıdakılardır:
- "LD" (nazik qutu) - 2.60 AZN (əvvəlki satış qiyməti - 2.30 AZN)
- "LD" (qalın qutu) - 2.30 AZN (2.00 AZN)
- "LD" (göy qutu) - 1.70 AZN (1.50 AZN)
- "LD" (ağ qutu) - 1.60 AZN (1.40 AZN)
- "Winchester" (compact) - 1.50 AZN (1.30 AZN)
- "Winchester" (qalın qutu) - 1.40 AZN (1.20 AZN)
- "More" - 1.20 AZN (1.00 AZN)
- "Yava" - 1.20 AZN (1.00 AZN)
- "Viceroy" (compact) - 1.50 AZN (1.30 AZN)
- "Viceroy" (nazik qutu) - 2.30 AZN (2.00 AZN)
- "Rothmans" (compact) - 2.30 AZN (2.00 AZN)
- "Rothmans" (nazik qutu) - 2.60 AZN (2.30 AZN)
- "West" (qalın qutu) - 1.50 AZN (1.30 AZN)
- "West" (compact) - 1.70 AZN (1.50 AZN)
- "Classic" (compact) - 1.50 AZN (1.30 AZN)
- "Classic" (uzun) - 1.60 AZN (1.40 AZN)
- "Classic" (qalın qutu) - 1.40 AZN (1.20 AZN)
- "Prima" - 1.20 AZN (1.00 AZN)
- "P&S" - 2.30 AZN (2.00 AZN)
- "West" (nazik qutu) - 2.60 AZN (2.30 AZN)