Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin binası qarşısında intihara cəhd baş verib.
Rayondakı mənbələrdən bəlli olub ki, polis və məhkəmənin qanunsuzluğundan icra başçısına şikayət etmək istəyən Alar kəndindən Əliyevlər ailəsi zorakılıqla üzləşib. Buna görə də ailə üzvlərindən biri – Tərlan Əliyev özünü bıçaqla doğrayıb. Daha iki nəfər isə özünü yandırmaq istəyib, lakin ətrafdakılar onlara mane ola biliblər. Daha sonra şikayətçilər polis şöbəsinə aparılıblar.
Yaralı Tərlan Əliyev isə rayon xəstəxanasına yerləşdirilib.
Ailə başçısı Füzuli Əliyev, onun yetkinlik yaşına çatmamış oğlu Allahverdi Əliyev və qardaşı oğlu Rüstəm Əliyev hazırda polis şöbəsindədirlər.
Məlumata görə, baş verənləri telefonla çəkmək istəyənlərə də zor tətbiq olunub. Onların telefonları əllərindən alınıb və sındırılıb./azadliq.info/