Azərbaycanda sifilis və İİV-ə yoluxanların sayı artıb
21.01.2016 504 0.0 0

Ötən il Azərbaycanda pedikulyoz, bakterial dizenteriya, sifilis, insanın immunçatışmazlığı virusu (İİV) ilə xəstələnənlərin sayı bir qədər artıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2015-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2015-ci ilin yanvar-noyabr aylarında 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədə epidemik parotit (44,4 faiz), hepatit A virusu (42,8 faiz), qoturluq (35,0 faiz), quduzluq (33,3 faiz), skarlatina (31,7 faiz) və qarayara ilə (20,0 faiz) xəstələnmə halları azalıb.

Kəskin poliomielit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yeni doğulmuş körpələrdə tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar