Azərbaycanda seçkiqabağı təşviqat başa çatdı
31.10.2015 501 0.0 0

Azərbaycanda noyabrın 1-nə təyin edilən Mili Məclisə seçkilərdə iştirak edəcək deputatlığa namizədlərin seçkiqabağı təşviqat müddəti bu gün saat 08:00-da başa çatıb.

Məlumata görə, V çağırış Azərbaycan Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış - oktyabrın 9-da başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Təşviqatı qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin, namizədi qeydə alınan siyasi partiyaların, siyasi patiyaların bloklarının, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin aparma hüququ var idi.

Seçki prosesini izləməyə gələn beynəlxalq müşahidəçilər artıq Bakıdadır.

Ümumilikdə Azərbaycanda keçiriləcək parlament seçkilərini 500-dən çox beynəlxalq müşahidəçi izləyəcək. Bir müddət əvvəl parlamentin spikeri Oqtay Əsədov jurnalistlərə açıqlamasında deyib ki, MDB ölkələrindən ancaq 20 müşahidəçi olacaq. Daha 43 nəfər Avropa Şurası Parlamenti Assambleyası, 27 nəfər isə Avropa Şurasıdan olacaq. 

 

Oqtay Əsədov - parlament spikeri


Spiker onu da əlavə edib ki, Azərbaycanda 22 beynəlxalq təşkilat var. Bu isə kifayət qədərdir. "Onlar seçkidə iştirak edəcəklər, bu bəsdir". 

Ümumilikdə noyabrın 1-də baş tutacaq parlament seçkilərində 125 yer uğrunda 769 nəfər mübarizə aparacaq./anspress/

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar