Azərbaycanda şagirdlər planşetlə təmin ediləcək
17.05.2016 690 0.0 0

"Hazırda Azərbaycanda əhalinin 75%-i genişzolaqlı internetdən istifadə edir".

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bunu ADA Universitetində 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə keçirilən tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

O qeyd edib ki, nazirlik İKT sahəsində kiçik və orta sahibkarlığın inkişafında maraqlıdır: "İndiyədək ölkədə həyata keçirilmiş layihələrin əksəriyyəti Azərbaycan şirkətləri tərəfindən reallaşdırılıb. Bu, bizim güclü kadr potensialımızı göstərir. Amma 10 il bundan əvvəl belə bir şərait olmayıb. Bu gün elektron vasitələrdən istifadə etməklə 15 dəqiqəyə yeni şirkət yaratmaq olar. Bu baxımdan Azərbaycanda yaradılan texnoparklar da mühüm rol oynayır".

Təhsil nazirinin müavini Firudin Qurbanov isə çıxışında deyib ki, son 10 ildə informasiyanın həcmi iki dəfə artıb və bu informasiyaların əldə edilməsi üçün İKT-nin rolu böyükdür: "Azərbaycanda orta məktəblərin İKT ilə təmin edilməsi başa çatdırılıb. 2020-ci ildə bütün orta məktəb şagirdləri planşetlərlə təmin ediləcək. Həmçinin, məktəblər yüksəksürətli internetlə təmin olunacaq".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar