Azərbaycanda səsvermə qaydası dəyişdi
28.12.2017 1185 0.0 0

Seçki Məcəlləsinin 104.7-ci maddəsi ləğv edilib

 Seçki Məcəlləsinin 104-cü maddəsinə (Səsvermə qaydası) dəyişiklik edilib. Məlumata görə, dəyişikliyə əsasən 104.7-ci maddə (ikinci halda) ləğv edilib.

Həmin maddədə deyilir ki, məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır.

Dəyişikliyə əsasən, Seçki Məcəlləsindən bu bənd çıxarılıb. Dəyişiklik Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar