Azərbaycanda şəhər əhalisinin mənzil təminatı 75%-ə çatdırılacaq
10.12.2016 951 0.0 0

“Şəhər yerlərində uyğun mənzil təminatı seçimləri Azərbaycanın kənd yerlərində olan hazırkı işçi qüvvəsinin şəhər yerlərindəki məşğulluq imkanlarından bəhrələnməsinə şərait yaradacaq”.

 

Bildirək ki, bu barədə məlumat Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində yer alıb.

 

Sənəddə qeyd edilib ki, bu, nəinki yoxsulluq səviyyəsini azaltmağa kömək edər, hətta regionlar arasında gəlir bərabərsizliyinin azalmasına gətirib çıxara bilər.

 

“Mənzil təminatı artan şəhər əhalisinin tələblərini də əhatə edəcək və bu əhali qrupunun xüsusi çəkisi hazırkı təxminən 55 faizdən 70-75 faizədək artacaq. Daha yaxşı məşğulluq imkanlarına görə şəhərlərə axın və kənd yerlərində daha yüksək gəlirli məşğulluq imkanlarının artımı nəticəsində gəlirlərdəki bərabərsizlik azalacaq. 2025-ci ildən sonra Bakı ilə ölkənin digər regionları arasındakı gəlir fərqi adambaşına təxminən 50 faizdən 40 faizədək enəcək. İqtisadi inkişaf perspektivləri nəzərə alınaraq planlı şəkildə aparılan urbanizasiya nəticəsində orta təbəqənin güclənməsi – orta təbəqənin maddi rifah halının yaxşılaşdırılması, alıcılıq qabiliyyətinin yüksəlməsi və əmək məhsuldarlığının artması yolu ilə iqtisadi inkişaf tempi yüksək səviyyədə saxlanılacaq”, - deyə sənəddə vurğulanıb./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar