Azərbaycanda rəis jurnalistə hücum etdi (VİDEO)
13.11.2015 608 0.0 0

Azərbaycanda jurnalistə hücum olundu. Məlumata görə, Cəlilabadda idarə rəisi jurnalistə hücum edib. 

Yerli televiziya kanallarından birinin əməkdaşı rayon ərazisində qaz abonentlərinə istifadə etdiklərindən artıq yazılmış qeyri-qanuni borc ilə bağlı süjet hazırlayıb. Qarşı tərəf kimi jurnalist Cəlilabad qaz istismar sahəsindən mövcud məsələ ilə bağlı bir neçə dəfə açıqlama almaq istəyib. Lakin idarənin rəisi Günəşli Nurəliyev nəinki açıqlama verməyib, hətta öz peşə borcunu yerinə yetirən jurnalistə qarşı güc tətbiq edib.

İdarə rəisi əlləri ilə jurnalistin boğazından yapışaraq ona qarşı güc tətbiq edib. Artıq jurnalist faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar