Azərbaycanda ər arvadını, qaynana və qayınatasını qətlə yetirib intihar etdi
26.06.2016 1500 0.0 0

Ağcabədidə həyat yoldaşını, qaynana və qayınatasını qətlə yetirən şəxs intihar edib. 
 
Məlumata görə, Ağcabədidə Xocavənd sakini Quliyev Ələsgər Əşrəf oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı,həmçinin dayısı qızı olan Ayfan Səfərova, qaynanası Nazilə Səfərova və  qayınatası Ənvər Səfərovu güllələyərək qətlə yetirib. Hadisə Ə. Quliyevin qayınatasının evində baş verib. O, hadisəni törətdikdən sonra qəbristanlıq yaxınlığında intihar edib.
 
Qətlə yetirilənlər Ağdam rayonu Mərzili kənd sakinləridir, onlar Ağcabədi rayonunda məskunlaşıblar. Qətli törədən isə  Füzulidə məskunlaşmış Xocavənd sakinidir. 
 
Şahidlərin sözlərinə  görə, hadisəni törədən şəxs ərazidən qaçmağa çalışıb, lakin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının ərazini mühasirəyə aldığını görərək, özünə atəş açaraq intihar edib./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar