Azərbaycanda quş ətinin idxalında qadağa
22.06.2015 716 0.0 0

İran İslam Respublikasının ərazisində toyuqlar arasında yüksək patogenli quş qripinin yayılması ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən Sərəncam imzalanıb.

Qazeta.info Dövlət Baytarlıq Nəzarəti Xidmətinə istinadla qeyd edir ki, bu sərəncamla Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına əsasən İran İslam Respublikasının Mazandaran (Noqardan, Amol əraziləri) əyalətində toyuqlar arasında yüksək patogenli quş qripi (H5N1) xəstəliyinin yayılması və Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması zərurəti nəzərə alınaraq 2015-ci il iyun ayının 22-si tarixindən  İran İslam Respublikasının  Mazandaran bölgəsindən   diri quş, quş məhsullarının, eləcə də damazlıq yumurtaların idxalı müvəqqəti dayandırılmışdır.

İranda  quşlar arasında yayılmış yüksək patogenli quş qripi (H5N1) xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilmiş, aidiyyəti dövlət qurumlarına və iş adamlarına bu barədə məlumat verilmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar