Azərbaycanda qaydaları pozan 11 valyuta alverçisi tutulub
11.01.2016 491 0
Azərbaycanda 11 nəfər valyuta tənzimi qaydasını pozduqları üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zirəddin Ələsgərov, Bəhruz Bilalov, Samir Məsimov, İbiş Nuriyev, Məmmədəli İsmayılov, Sumqayıt şəhər sakini Nicat İsmayılov, Hacıqabul rayon sakini Zaur Əliyev, Oğuz rayon sakini Vahid Çələbiyev, Masallı rayon sakini Rəşad Cəfərov, Neftçala rayon sakinləri Vüsal Həsənov və Emin Ələkbərov valyuta tənzimi qaydasını pozduqları üçün saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər