Azərbaycanda qarın ağırlığına tab gətirməyən ev uçub
14.02.2017 791 0
Masallıda yaşayış evi uçub.
Qazeta.info APA-nın verdiyi məlumata əsasən bildirir ki, hadisə rayonun Dəlləkli kəndində qeydə alınıb.
Kənd sakini, 1958-ci il təvəllüdlü Məmmədyar Mehdiyevə məxsus birmərtəbəli ev qarın ağırlığına tab gətirməyib, evin arxa divarı uçub.
Evdə 26 nəfərin yaşadığı bildirilir.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər