Azərbaycanda qadın alveri ilə məşğul olan şəxs tutulub
26.01.2016 698 0
Azərbaycanda qadın alveri ilə məşğul olan şəxs tutulub."Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini Şəhla Orucovanın digər şəxslərlə birgə gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib və o tutulub.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər